Avropaya doğru

AEGEE WINTER CAMP

 

11,12,13 fevral tarixlerinde Qax rayonunun Ilisu kendinde qish dushergesi teshkil olunacaq.bu muddet erzinde ashagidaki movzulara uygun telimler kecirilecek:
-Business Communication
-Teambuilding
-Project Management
-Youth in Action
-Organizational building and management
Yeni bilikler elde etmek,yeni dostlar qazanmaq,imtahanlarin yorgunlugunu cixarmaq!!!Butun bunlari siz yalniz "AEGEE WINTER CAMP"-da ishtirak etmekle elde ede bilersiniz!!!))
Layihede ishtirak haqqi her shey daxil olmaqla 50 AZN olacaq. 
Eger siz de bu layihede ishtirak etmek isteyirsinizse o zaman ashagidaki erize formasini doldurun:
https://spreadsheets0.google.com/viewform?hl=en&formkey=dEFiSmo5dGxMT3dYRUQ0Uk9NRWc3Nmc6MQ#gid=0

ISHTIRAKCILAR MUSAHIBE ESASINDA SECHILECEK!!!

UNUTMAYIN,SON MURACIET TARIXI: 02.02.2011 saat 23:59

Etrafli melumat:

Iskender Cahangirzade --- 050-594-63-03
Ferid Naghi --- 055 294 10 04

 Conversation Club


AEGEE Bakida uzvlerimizin ingilis dili danisiq qabiliyyetini yukseltmek meqsedile ingilis dilinde Conversation Club.a baslayiriq. Klubun aparicisi Aytac Pashayeva olacaq. 

Gorushler her heftenin bazar gunleri kecirilecek.deqiq saat barede 2 gun qabaqcadan melumat verilecek. Ingilis dili danisiq qabiliyyetini yukseltmek isteyen her bir uzv devetlidir. Klubun her gorushunde bir xarici qonaq bizlerle olacaq...)

Qeyd 1: Klubda yalniz AEGEE Baki uzvleri istirak ede biler.

Qeyd 2: Klubun diger goruslerinin vaxti sabit qalmayacaq ve her bir yeni gorushun tarixi haqda heftenin evvelinde email alacaqsiniz.

Beynəlxalq Novruz Festivalı

 

 

“Beynəlxalq Novruz Festivalı Azərbaycan” adlı beynəlxalq layihə AEGEE-Bakının ən böyük və yaddaqalan layihəsidir desəm heç də yanılmaram. Layihə dünya gənclərinin xalqımızın milli adət və ənənəsi, dəyərləri və tarixi haqqında məlumatlandırmaq məqsədi daşıyan mədəniyyətlər arası gənclər mübadiləsi təşəbbüsüdür. Hər il olduğu kimi bu il də İNFA`a (İnternational Novruz Festival in Azerbaijan) hazırlıqlar böyük həvəs və coşğuyla başladı. Derse gecikməmək üçün səhər saat 9-da AEGEE-Bakının ofisinə yığışan 4 gənc saatlarla program üzərində işlədi, zarafatlaşıb mübahisələr etdi. Nəhayət o səbirsizliklə gözlənilən gün gəlib çatdı. Yaponiya, Rusiya, Polşa, Gürcüstan, Türkiyə, Almaniya, Böyük Britaniyadan olan gənclər Azərbaycan adlı xəzinənin kəşfinə başladılar. Rəngarəng programda qədim adət-ənənələri özündə əks etdirən papaqatdı, xonça bəzədilməsi, azərbaycan rəqsi olan Yallının iştirakçılara öyrədilməsi kimi fəaliyyətlər daxil idi. Uzaq Yaponiyadan gələn, yaxud hamının soyuqqanlı millət hesab etdiyi almanların bir nümayəndəsinin, tamailə fərqli mədniyyətə malik bir ingilisin Yallının coşğulu sədaları altında rəqs etməsini görmək doğurdan da insanda qəribə hisslər oyadırdı. Tədbirin tərkibində şəhər turları-buraya Şirvanşahlar Sarayı, Qız Qalası, Dağüstü park, Şəhidlər xiyabanına gəzintilər, o cümlədən muzey turları da daxil idi. Xarici iştirakçıların böyük marağına səbəb olan bu gəzintilərin hər birində məmnuniyyətlə iştitak edən qonaqlarımız hətta bəzən onlara bu gözəlliklərə doyunca baxmaq üçün yetərincə vaxt vermediyimiz üçün bizdən inciyirdilər. Daha sonra iştirakçılarımızı UNESCO`nun mədəni irsinə daxil olan Qobustan qayalıqlarına, palçıq vulkanlarına, ateşgaha, Ramana qalasına apardıq. Gördükləri bu gözəlliklərə heyran olan iştirakçılar şekillər çəkməkdən doymur, saatlarca gəzməyə davam edirdilər. Tədbir möhtəşəm İNFA parti ilə baça çatdı. 300 nəfərlik bir partide təşkilatçılar stres atdı, iştirakçılar isə küləklər şəhərində son günlərinin dadını çıxardılar. Bir təşkilatçı kimi tədbirin uğurla başa çatdığını tam əminliklə söyləyə bilərəm. Azərbaycan ailələrinin qonaqperverliyindən, təamlarəmız ləzzətindən, adət-ənənələrimiz qədimliyindən, hətta Bakı günəşinin daha parlaq və daha çox istilik verdiyindən ağız dolusu danışan bu gənclər öz ölkələrinə dərin təəsüratlarla döndülər.

Beynəlxalq Novruz Festivalının həyata keçməsində bizə dəstək olan Gənclər və İdman Nazirliyinə təşkilatımız adından dərin minnətdarlığımızı bildiririk.

"Ən Yaxşı Məqalə Müsabiqəsi" 

 

Əziz gənclər))
AEGEE-Bakı 2 fevral Gənclər Günü münasibəti ilə gənclər arasında "Ən Yaxşı Məqalə Müsabiqəsi" elan edir. Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı mövzulara uyğun olaraq öz inşalarını yazıb 31 yanvar tarixinə kimi chayyamn@gmail.com adresinə göndərə bilərlər:
Məqalə mövzuları:
1. Gəncəm Aktivəm
2. İnsan Hüquqları – mənim hüquqlarım
3. Təhsilin inkişafda rolu
4. Milli Dəyərlər və Avropaya inteqrasiya
İnşa ölçüsü
1. Hərflərin ölçüsü 12 
2. 500 – 600 söz arası
3. word file şəklində 
Qaliblərə
1-ci yer üçün: AEGEE-WINTER CAMP 50%-lıq güzəşt, AEGEE-Bakı köynəyi və diplom
2-ci və 3-cü yer üçün: AEGEE-Bakı köynəyi və diplom

Hər kəsə uğurlar
AEGEE RUHUNU HİSS ET

Search site

Contact

AEGEE Bakı Alovsat Guliyev 69 / Az1009 00994124954567