Avropaya doğru

AEGEE (Association des Etats Generaux des Etudiants de l'Europe) , yəni Avropa Tələbələri Forumu Avropada ən böyük tələbə assosiasiyasıdır; təşkilat Avropanın 43 ölkəsinin 240 şəhərindən olan 15.000-dək müxtəlif füsunkar mədəniyyətlərə malik tələbəni özündə birləşdirir. AEGEE dünyəvi, gəlir güdməyən, heç bir siyasi partiyaya aid olmayan bir təşkilatdır. Onun həyata keçirdiyi bütün layihə və fəaliyyətləri təşkilat üzvlərinin könüllülük prinsipləri əsasındadır. 2004-cü ildə bir neçə Avropa inteqrasiyası ideyalı azərbaycanlı tələbə yerli antennanın açılması təşəbbüsü ilə çıxış etmiş və artıq həmin ildə Avropa komandası ilə birgə bir neçə kiçik həcmli tədbir həyata keçirmişlər. Fəaliyyətinin 6 ili ərzində AEGEE-Bakı təşkilatı Azərbaycan gənclərinin Avropaya inteqrasiyasına əsaslı töhvə vermiş bir çox gənclər mübadiləsi proqramı həyata keçirmişdir.

Məqsədlər:

• Vahid Avropa məkanı ideyasını təşviq etmək
• Bu gün və gələcəyin tolerant cəmiyyətini formalaşdırmağa töhvə vermək
• Demokratiya, insan hüquqları, tolerantlıq, təhsildə sərhədlər arası əməkdaşlıq, mobillik və Avropaya İnteqrasiyanı dəstəkləmək


Fəaliyyət sahələri

• Mədəni mübadilə
• Aktiv Vətəndaşlıq
• Ali təhsil
• Sülh və Stabillik