Avropaya doğru

Hüquq və vəzifələr

AEGEE-Bakının üzvləri öz aralarında bərabər hüquqlu olub aşağıdakı hüquqlara malikdirlər:

Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək AEGEE-Bakının hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və ya həmin orqanlarda təmsil olunmaq; 
AEGEE-Bakının fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək; 
AEGEE-Bakının rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək; 
Öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün AEGEE-Bakıya müraciət etmək; 
Onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, AEGEE-Bakının müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək. 

AEGEE-Bakının üzvü yalnız birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər. 

AEGEE-Bakının üzvləri aşağıdakı vəzifələri daşıyırlar: 
AEGEE-Bakının Nizamnaməsinə əməl etmək; 
AEGEE-Bakının seçkili orqanlarının qərarlarını yerinə yetirmək; 
Nizamnamə tələblərinə riayət etmək; 
AEGEE-Bakının tədbirlərində iştirak etmək. 

AEGEE-Baki təşkilatının hər bir üzvü ildə 15 AZN məbləğində üzvlük haqqı ödəyir. 

AEGEE-Bakı üzvlüyünə aşağıdakı hallarda xitam verilir: 
Könüllü olaraq AEGEE-Bakının üzvlüyündən çıxdıqda; 
AEGEE-Bakı üzvlüyündən çıxarıldıqda.

AEGEE-Bakının üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir: 
AEGEE-Bakının adına ləkə gətirən hərəkətlərə yol verdikdə; 
Mütəmadi olaraq AEGEE-Bakının işində iştirak etməkdən boyun qaçırdıqda; 
Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə; 

Üzvlükdən, təsisçilikdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər.

AEGEE-Bakı üzvünün həmin qərardan AEGEE-Bakının ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır.

 

Search site

Contact

AEGEE Bakı Alovsat Guliyev 69 / Az1009 00994124954567