Avropaya doğru

Yaz Yay

Yaz Yay

 AEGEE-Bakı Avropa Tələbələr Forumu İT işçi qrupunun bloqlar və yeni media haqqında layihəsi olan 2Y“Yaz Yay” öz fəaliyyətinə 2009-cu il sentyabr ayında başlayıb.

Sentyabr və noyabr aylarında Bakı Jurnalistika Məktəbində Bloqlar haqqında , İnternetdə PR və İnternet etikası təlimləri keçirilib. Təlimlərdən 40-a yaxın gənc, tələbə və gənc jurnalistlər faydalanmışlar.

 

YazYay layihəsinin təlimləri qeyri-formal metodlarla, nəzəri və praktiki məşğələlər əsasında keçirilir.

 

“YAZ YAY” nədir?

 

“YAZ YAY” Bloqlar, İnternetdən istifadə və Yeni media haqqında təlimlər layihəsidir.

Məqsəd bloq yaratmaq və yazmaq istəyən, lakin bunun yollarını bilməyən, internetdə saatlarla əyləncə saytlarında vaxt keçirən və internetdən səmərəli istifadə etməyi  öyrənmək istəyən gəncləri, tələbələri, gənc jurnalistləri maarifləndirməkdir.

 

Əgər sizin yazmağa həvəsiniz varsa və yazılarınızı harda yerləşdirəcəyinizi bilmirsizsə Yaz Yay sizin üçündür. Bu məktəbdə sizə sözün əsl mənasında YAZmağı və YAYmağı qeyri-formal metodlarla, maraqlı mühitdə öyrənəcəksiniz.

 

Təlimlər zamanı nəzəri məlumatlarla yanaşı praktiki məşğələlərlə qazandığınız bilikləri tətbiq edəcəksiniz , bir sözlə öyrəndiklərinizin nəticəsi göz qabağında olacaq.

 

Layihənin təlimlər hissəsinə bloqlar, internetdə foto, internetdə PR daxildir. Sonda bloqlar haqqında bir təlim də keçiriləcəkdir ki, bu da konkret olaraq bloqlardan istifadə edənlər üçün daha geniş və dərin məlumatlara yiyələnmək və onların problemlərinin müzakirəsi üçün əla fürsət olacaqdır. Bu təlimdə bloqlar haqqında ilk səviyyəni keçmiş şəxslər də iştirak edəbiləcəklər.

 

Layihə çərçivəsində İT mütəxəssislərin və təcrübəli bloqerlərin iştirakı ilə bir neçə seminar keçiriləcəkdir ki, burda da bloqerlərin fəaliyyətləri zamanı qarşısına çıxan problemlər və onların həlli yolları müzakirə ediləcək.

 

Layihənin yekunu olaraq təcrübəli bloqerlər arasında “Ən yaxşı bloq yazısı” müsabiqəsi keçirilməsi nəzərdə tutulub.

 

Yaz Yay Yeni Media və bloqlar haqqında təlimlər layihəsi Açıq Cəmiyyət İnstututu və Bakı Jurnalistika Məktəbi tərəfindən dəstəklənir.

 

Layihənin vebsaytı: www.yazyay.org

Əlavə məlumat üçün: yazyay(at)gmaildotcom 

Search site

Contact

AEGEE Bakı Alovsat Guliyev 69 / Az1009 00994124954567