Avropaya doğru

INFA - Azərbaycanda beynəlxalq Novrzu Festivalı

INFA - Azərbaycanda beynəlxalq Novrzu Festivalı

“Beynəlxalq Novruz Festivalı Azərbaycan” adlı beynəlxalq layihə AEGEE-Bakının ən böyük və yaddaqalan layihəsidir desəm heç də yanılmaram. Layihə dünya gənclərinin xalqımızın milli adət və ənənəsi, dəyərləri və tarixi haqqında məlumatlandırmaq məqsədi daşıyan mədəniyyətlər arası gənclər mübadiləsi təşəbbüsüdür. Hər il olduğu kimi bu il də İNFA`a (İnternational Novruz Festival in Azerbaijan) hazırlıqlar böyük həvəs və coşğuyla başladı. Derse gecikməmək üçün səhər saat 9-da AEGEE-Bakının ofisinə yığışan 4 gənc saatlarla program üzərində işlədi, zarafatlaşıb mübahisələr etdi. Nəhayət o səbirsizliklə gözlənilən gün gəlib çatdı. Yaponiya, Rusiya, Polşa, Gürcüstan, Türkiyə, Almaniya, Böyük Britaniyadan olan gənclər Azərbaycan adlı xəzinənin kəşfinə başladılar. Rəngarəng programda qədim adət-ənənələri özündə əks etdirən papaqatdı, xonça bəzədilməsi, azərbaycan rəqsi olan Yallının iştirakçılara öyrədilməsi kimi fəaliyyətlər daxil idi. Uzaq Yaponiyadan gələn, yaxud hamının soyuqqanlı millət hesab etdiyi almanların bir nümayəndəsinin, tamailə fərqli mədniyyətə malik bir ingilisin Yallının coşğulu sədaları altında rəqs etməsini görmək doğurdan da insanda qəribə hisslər oyadırdı. Tədbirin tərkibində şəhər turları-buraya Şirvanşahlar Sarayı, Qız Qalası, Dağüstü park, Şəhidlər xiyabanına gəzintilər, o cümlədən muzey turları da daxil idi. Xarici iştirakçıların böyük marağına səbəb olan bu gəzintilərin hər birində məmnuniyyətlə iştitak edən qonaqlarımız hətta bəzən onlara bu gözəlliklərə doyunca baxmaq üçün yetərincə vaxt vermediyimiz üçün bizdən inciyirdilər. Daha sonra iştirakçılarımızı UNESCO`nun mədəni irsinə daxil olan Qobustan qayalıqlarına, palçıq vulkanlarına, ateşgaha, Ramana qalasına apardıq. Gördükləri bu gözəlliklərə heyran olan iştirakçılar şekillər çəkməkdən doymur, saatlarca gəzməyə davam edirdilər. Tədbir möhtəşəm İNFA parti ilə baça çatdı. 300 nəfərlik bir partide təşkilatçılar stres atdı, iştirakçılar isə küləklər şəhərində son günlərinin dadını çıxardılar. Bir təşkilatçı kimi tədbirin uğurla başa çatdığını tam əminliklə söyləyə bilərəm. Azərbaycan ailələrinin qonaqperverliyindən, təamlarəmız ləzzətindən, adət-ənənələrimiz qədimliyindən, hətta Bakı günəşinin daha parlaq və daha çox istilik verdiyindən ağız dolusu danışan bu gənclər öz ölkələrinə dərin təəsüratlarla döndülər.

Beynəlxalq Novruz Festivalının həyata keçməsində bizə dəstək olan Gənclər və İdman Nazirliyinə təşkilatımız adından dərin minnətdarlığımızı bildiririk.

Əlavə məlumat üçün www.aegee-infa.com

 

Search site

Contact

AEGEE Bakı Alovsat Guliyev 69 / Az1009 00994124954567